Son 24 saatda daha 72,5 min nəfər COVID-19 infeksiyasına yoluxub

13.04.2020 - 11:03

Son sutka ərzində dünyada koronavirus infeksiyasına 72 mindən çox insan yoluxub, təxminən 5,4 min nəfər də bu virusun qurbanı olub.

APA xəbər verir ki, bölgələr və ölkələr üzrə COVID-19 virusuna yoluxanların qeydiyyatını aparan “Worldometer” bu barədə məlumat yayıb.

12 aprel tarixli statistikaya görə, dünyada indiyədək 1 852 257 nəfər yeni növ koronavirusa yoluxub, 114 194 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 72 514 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 5415 nəfər artıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 881 110 yoluxma və 76 768 ölüm. Sutka ərzində burada yoluxanların sayı 28 211, ölənlərin sayı isə 3143 nəfər artıb.

Şimali Amerikada virusa yoluxanların ümumi sayı 598 295 nəfər təşkil edir, indiyədək 23 476 nəfər də ölüb. Cənubi Amerikada vəziyyət nisbətən ürəkaçandır – 50 281 yoluxma və 2081 ölüm faktı.

Yoluxma sayı üzrə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Asiya qitəsi tutur. Son məlumata görə, burada 298 736 yoluxma, 11 002 ölüm faktı qeydə alınıb.

Ən çox yoluxanlar ABŞ-dadır – 560 300 nəfər. Onun ardınca İspaniya (166 831), İtaliya (156 363), Fransa (132 591), Almaniya (127 854) və Böyük Britaniya (84 279) gəlir.

Short URL: http://www.cumhuriyyet.net/?p=145167

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31