“Çin pandemiya fonunda təbliğatı gücləndirir” – Almaniya kəşfiyyatı

13.04.2020 - 11:42

Çin SARS-CoV-2-nin ortaya çıxdığı ölkə rolunu mübahisələndirməyə və özündə böhranın öhdəsindən gəlmiş və Qərbə yardım əlini uzadan ölkə obrazını yaratmağa çalışır.

“Report” xəbər verir ki, bunu “Welt am Sonntag” nəşri yazıb.

Məlumata görə, Almaniyanın Konstitusiya Mühafizəsi üzrə Federal Xidməti rəsmi Pekinin pandemiya dövründə koronavirus ətrafında təbliğatı gücləndirdiyini açıqlayıb.

Çinin xüsusi xidmət orqanlarının ümumiyyətlə yüksək aktivlik göstərdiyi bildirilir. Nəşrin məlumatına görə, bura həm də almaniyalı siyasətçiləri “lobbiçi” olaraq cəlbetmə cəhdləri də daxildir.

Xatırladaq ki, koronavirus infeksiyası ötənilindekabrında ÇininUhan şəhərində yayılmağabaşlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 854 000-i ötüb. Bunların 427 880 nəfəri sağalıb, 114 291 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=145180

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31