Ekvadorda evlərdən 800-ə yaxın meyit taplıb – FOTOLAR

13.04.2020 - 14:06

Cənubi Amerika ölkəsi Ekvadorda pandemiyanın ocağı Quayakildə səhiyyə sisteminin çökməsi və dəfn mərasimlərinin təşkili xidməti verilmədiyinə görə humanitar fəlakət yaşanır.

“Report” AFP-yə istinadən xəbər verir ki, şəhərdəki evlərdən 700-dən çox meyit tapılıb.

Bildirilib ki, evlərdən toplanan meyitlərdən neçəsinin COVID-19 qurbanı olduğu məlum deyil.

Məlumata görə, 3 milyona yaxın əhalisi olan Quayakildə ölüləri zibil paketinə və ya karton tabutlara qoyub ailələrə təhvil verirlər. Bundan başqa, bəzi vətəndaşlar yiyəsiz meyitləri küçələrdəcə yandırır.

Qeyd edək ki, Ekvadorda koronavirusdan ölənlərin sayı 333 nəfərdir. Ölkədə indiyədək 7 466 nəfərdə koronavirus qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 858 000-i ötüb. Bunların 429 020 nəfəri sağalıb, 114 698 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=145209

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31