Çində koronovirus yenidən vüsət alır – Rusiyadan gələnlər virus gətirir…
Çində bazar günü 108 yeni koronavirusa yeni yoluxma halı qeydə alınıb. Çin hökumətinin hesabatına görə, 108 yeni hal son beş həftədə qeydə alınmış ən yüksək göstəricidir. Say nisbətən az olsa da, tendensiya yuxarıdır və bu, Çin üçün yaxşı hal deyil.
Yeni aşkarlanmaların əsas səbəbi kimi Çin vətəndaşlarının vətənə qayıtmasının davam etməsi göstərilir. Təsdiqlənmiş yoluxma hallarının hamısı kənardan gələnlərdə müşahidə olunub. Onların yarısı şimali Heilongjiang əyalətində cəmlənib. Çinlilərin bu virusu özlərilə Rusiyadan gətirdiyi bildirilir.
Çinə olan beynəlxalq səyahətlərdə ciddi məhdudiyyətlərə baxmayaraq, hökumət yeni yaranan virus hallarını tamamilə dayandıra bilmədi.
Virusun mənbəyi olan Hubey əyalətində yoluxmaların sayı çox azdır, lakin insanlar hələ də ölürlər. Orada iki yeni ölüm halının qeydə alınması ilə bağlı xəbər yayılıb.
Buna baxmayaraq, Hubeydəki mövcud vəziyyət onun Çinə və dünyanın qalan hissəsinə açılması üçün uyğun hesab olunub.
Çinin Vuhan şəhərində yanvarın 23-dən tətbiq olunan karantin rejimi ötən həftə ləğv olunmuşdu.
Short URL: http://www.cumhuriyyet.net/?p=145221