Fransa prezidenti Çinin koronavirusla mübarizəsindən şübhələnir

17.04.2020 - 14:27

“Açığı, Çinin koronavirus pandemiyasına qarşı mübarizədə bilmədiyimiz məsələlər oldu”.

Report” “Euronews”a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron İngiltərədə çıxan “Financial Times” qəzetinə COVID-19-la bağlı müsahibəsində bildirib.

“Fransa, Almaniya və İtaliyanın Çin və ya Rusiya ilə müqayisəsi mümkün deyil. Çinin koronavirusa qarşı mübarizədə bizdən daha yaxşı olduğunu söləyəcək qədər sadəlövh olmamalıyıq. Açığı, bilmədiyimiz şeylər oldu”, – o deyib.

E.Makron infeksiyanın ən çox təsir göstərdiyi Avropa İttifaqına üzv ölkələrə, İtaliya, İspaniya və bəlkə də Fransaya dəstək verilməzsə, populistlərin qələbə əldə edəcəyindən narahatlğını bildirib: “Avropa İttifaqının siyasi bir layihə, yaxud bir bazar olduğu məsələsilə bağlı qərar verilməsi mərhələsindəyik. Hesab edirəm ki, Avropa İttifaqı siyasi layihədir. Bunu inkişaf etdirməsək, Avroqrupun və Avropa düşüncəsinin çökməsi riski artacaq. Bəzilərini itirdiyimiz bir bazara sahib ola bilmərik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=145285

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31