ABŞ-da koronavirusdan 60 mindən çox insan ölə bilər – Tramp
ABŞ prezidenti Donald Tramp ölkədə koronavirus (COVID-19) pandemiyasının artım tempinin zəiflədiyini və ölüm sayı ilə bağlı gözləntilərin 60-65 min ətrafında olduğunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Donald Tramp bu barədə Ağ Evdə günlük keçirilən mətbuat konfransında açıqlama verib:”Həyata keçirdiyimiz qabaqlayıcı tədbirlər nəticəsində milyonlarla insanın həyatını xilas etdik. Son vaxtlara qədər koronavirusdan 100-240 min arası insanın öləcəyi gözlənilirdi. Ancaq indi təxminlərimiz ölümlərin 100 mindən aşağı olacağı yönündədi. 60-65 min ölümün yaşanacağı bir dövrə giririk”.
Bəzi ştatların effektiv tədbirləri təqdir edən Tramp “Düşünürəm ki, epidemiyanın yayılma tempinin artması artıq başa çatıb”,-deyə sözlərinə əlavə edib.
Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 710 272-yə çatıb, 37,175 nəfər xəstəlik səbəbindən həyatını itirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=145319