Koronavirusla bağlı İngiltərədə ilginc fakt: Sən demə qadınlar və kişilər…

29.04.2020 - 09:17

Koronavirus pandemiyası İngiltərədə insanlara əllərini düzgün yumağı öyrədib. Bu, koronavirus pandemiyasının iki müsbət təsirindən biridir. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədəki Mərkəzi Lankaşira Universitetinin alimləri təcrid tədbirlərinin və əldə edilən vərdişlərin əhalinin gələcək həyatına necə təsir edəcəyini qiymətləndirib. Sözügedən araşdırma “The Conversation” jurnalında yayımlanıb.
Məsələn, əvvəllər aparılan araşdırmalar göstərir ki, ingilis kişilərin yalnız 32% və qadınların 64% ictimai tualetə getdikdən sonra mütəmadi olaraq əllərini yuyub. Koronavirusun ölkəyə gəlişi ilə hər iki halda bu göstərici 83 faizə qədər artıb. Ümumiyyətlə xəstəliklərin yayılması baxımından digər faydalı bir vərdiş sosial məsafədir.
İkinci gözlənilməz təsir mövsümi xəstəliklərin azalmasıdır. Bu qrip və SARS ilə əlaqədardır. Əhalinin ən həssas kateqoriyası məktəb yaşlı uşaqlardır. Xəstəliyin mövsümi yayılması ümumiyyətlə təmas və yaşla əlaqədar olaraq immunitetin azalması nəticəsində başlayır. Koronavirusun yayılmasını yavaşlatmaq üçün əksər ölkələrdə məktəblər bağlandığından, hazırda bir çox uşaq evdədir. Bu, çox güman ki, qripin ötürülməsini müəyyən dərəcədə məhdudlaşdıra bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=145507

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31