“Kim Çen In-ın dəfni” videosu yayıldı

29.04.2020 - 12:55

Son günlər Şimali Koreya lideri Kim Çen Inın həyatı və səhhəti ilə bağlı yayılan məlumatlar dünya mediasında ciddi maraq doğurdu.

Biz artıq 36 yaşlı diktatorun barəsində yayılan dedi-qodular haqda Şimali Koreyadan gələn təkziblər haqda bir neçə dəfə yazmışıq. Buna baxmayaraq, onun səhhəti ilə bağlı daxil olan yeni mesajların əhəmiyyətsizliyi barədə danışmaq hələ tezdir.

“Daily NK”nın məlumatına görə,  Şimali Koreyanın Çin ilə həmsərhəd ərazilərində “Kim Çen Inın ölümü” barədə videorolik yayılıb.

Mənbəyə görə, Şimali Koreya hakimiyyəti partlayış effektli videorolikin ölkəyə necə girdiyini araşdırır.

Qeyd edək ki, videorolik Şimali Koreya televiziyasının formatına uyğun  hazırlanıb. Beş dəqiqəlik videoyazıda  “sevimli və ali lider, yoldaş Kim Çen Inın aprelin 25-də vəfat etdiyi və bacısı Kim Yo Jongun varisi olacağı” mövzusunda məlumatlar var.

Görüntülərdə “Kim Çen Inın cənazəsi”nin görüntüləri və “The Peoples Korea” adlı əslində mövcud olmayan qəzetin “məqaləsindən” şəkillər də yer alıb. “Daily NK”nin məlumatına görə, video rekord sürətlə Şimali Koreyaya yayılıb. Bu ölkənin hakimiyyəti təcili olaraq videorolikin mənbəyini müəyyən etməyə çalışır, bunun “ictimai problem” olaraq ortaya çıxacağından narahatdır.

“Daily NK” adlı  əsasən Şimali Koreyalı qaçqınlar tərəfindən qurulan və Cənubi Koreyada yerləşən sayt aprelin 12-də Kim Çen Inının ürək əməliyyatı keçirdiyini bildirib. Bununla birlikdə mediada onun həqiqətən əməliyyat keçirmədiyi və ya səhhətinin çox ciddi olduğu barədə yeni söz-söhbətlər ortaya çıxıb.

Dünən Cənubi Koreya prezidentinin müşaviri Moon Joying CNN telekanalına verdiyi müsahibədə Şimali Koreyalı diktatorun ölümü ilə bağlı dedi-qoduları rədd edərək “Kim salamatdır və özünü yaxşı hiss edir”, deyə münasibət bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=145533

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31