Ukraynada koronavirusa yoluxanların sayı yenidən artdı

29.04.2020 - 14:20

Ukraynada son sutka ərzində daha 456 nəfər koronavirusa yoluxub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, onlardan 33-ü uşaq, 133-ü tibb işçisidir. Bununla da Ukraynada koronavirusa tutulanların sayı 9866 nəfərə çatıb. Ölkədə son sutka ərzində 11 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 250 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 1103 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Ukraynada COVID-19-a yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.

İddialara görə, son artım Ukraynada Pasxa bayramında əhalinin kütləvi tədbirlərdə iştirakı ilə izah olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=145546

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31