Koronavirus böhranından qazancla çıxan ölkələr də var – SIYAHI

29.04.2020 - 14:32

Koronavirusla mübarizədə qalib gələn və iqtisadiyyatları aktivləşən Avstraliya, Yeni Zelandiya və Cənubi Koreyanın valyutalarının dəyərində artım müşahidə edilib.

CNBC-nin hesabatına görə, Avstraliya, Yeni Zelandiya və Cənubi Koreyanın COVID-19 pandemiyasına tab gətirməsi onlara iqtisadiyyatlarını bərpa etməyə və bizneslərinə yenidən başlamağa imkan verib.

Bunun investorlar üçün daha əlverişli olması pul vahidlərinə təsir edib. Bu üç ölkənin iqtisadiyyatının bərpasında əsas ticarət tərəfdaşlarından biri olan Çinin məhdudiyyətləri aradan qaldırması da mühüm rol oynayıb.

Qeyd edək ki, koronavirusa yoluxma halı Avstraliyada 6738, Yeni Zelandiyada 1474 və Cənubi Koreyada 10 761 nəfərdə müşahidə edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=145548

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31