Avropa turizmi yenidən dirçəltməyin təhlükəsiz yollarını axtarır

30.04.2020 - 07:34

Koronavirus səbəbindən bütün uçuşların və Avropadakı bayram həftəsinə görə alınmış turların ləğvi insanları bir sıra problemlərlə üzləşdirib.

Cumhuriyyet.az AZƏRTAC-a istinadən bildirir ki, Avropa Birliyinin 27 nəqliyyat naziri bu gün bir daha toplaşaraq turizmin inkişafı və ölkələrarası əlaqələrin bərpası mövzusunu müzakirə edəcəklər.

Avropa Birliyi qanunvericiliyində şirkətlərin qərarları və ya fors-major hallarında ləğv olunan bütün uçuşların haqqı alıcılara qaytarılmalıdır. Alıcı pulunu geri istəmədiyi halda ona eyni dəyərdə olan vauçer təqdim olunur.

İtaliya, Fransa, Belçika, Rumıniya və Polşa da daxil olmaqla ölkələr qlobal səyahətlərin dayandırılmasına səbəb olan koronavirus epidemiyasından təsirlənmiş turizm sektorunu qorumaq üçün bu cür vauçerlərin verilməsi üçün tədbirlər gördüklərini və ya görəcəklərini bildiriblər. Lakin Avropanın bir sıra böyük aviaşirkətləri ləğv olunmuş uçuşların dəyərini yalnız bir il ərzində aktiv olacaq vauçerlərlə qaytarması və müştəriyə seçim hüququ verməməsi AB qaydalarına ziddir. Eyni problemi pandemiyanın səbəb olduğu sektordakı nağd ehtiyatlarında əlavə itkilərin qarşısını almaq üçün kompensasiya tələbi ilə milyonlarla tələbi rədd etməyə çalışan aviaşirkətlər də yaşayır. Avropa Komissiyası buna ortaq çarə tapmağa çalışır.

Turizm AB ölkələrinin ümumdaxili məhsulunun 10 faizini və əhalinin 12 faizinin iş yerini təşkil edir. Pandemiyanın təsirinə ən həssas olan Aralıq dənizi ölkələri üçün turizm həm də strateji bir sahədir və bir çox insanın gəliri məhz bu sahə ilə bağlıdır. Bu məsələ ilə əlaqədar toplaşan Bolqarıstan, Kipr, Fransa, Yunanıstan, Malta, İtaliya, Portuqaliya, Rumıniya və İspaniya turizm nazirləri bütün üzv ölkələrdə təhlükəsiz bir şəkildə səyahət və turizmi bərpa etmək üçün qəbul edilməli olan “Avropa səviyyəsində ortaq tədbirlər” mövzusunda ortaq bir bəyanat verməyə çağırıblar. Çünki koronovirusun təsirləri də əməlli-başlı zəifləyib. Bunun üçün möhkəm koordinasiyanın olması əsas şərtdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=145569

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31