Almaniyada məktəblər və bərbərxanalar açılır

30.04.2020 - 07:25

36 mindən çox insanın koronavirusa (Covid-19) yoluxduğu, 6 mindən çox insanın bu virus səbəbindən öldüyü Almaniyada mayın 4-dən etibarən məktəblər və bərbərxanalar yenidən fəaliyyətə başlayacaq.

Xeber.de-nin məlumatına görə, ictimai nəqliyyat və iş yerlərində məcbur maska taxıldığı Almaniyada məktəblər mərhələli şəkildə açılacaq.

Təhsil prosesinin məktəblərdə necə normallaşdırılması hələ bilinməzkən, əyalətlərin hər biri bu barədə özləri müstəqil qərar verəcəklər.

Koronavirusla bağlı karantin tədbirlərinin yumşaldılması çərçivəsində mayın 4-dən etibarən bərbərxanalar da fəaliyyətə başlaya biləcək.

Almaniyada nümayişlərə və toplantılara qoyulan məhdudiyyətlər də əyalətə görə dəyişir. Bəzi əyalətlərdə 20 nəfərin bir araya gəlməsinə icazə verilir, digərlərində isə şou və toplantıların tamamilə qadağan olunduğu bildirilir.

Mayın 4-də ibadət yerləri – məscid, kilsə və sineqoqların açılması da planlaşdırılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=145578

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31