Tramp ABŞ-dakı COVID-19 testlərinin sayını açıqladı

30.04.2020 - 12:29

ABŞ-da həkimlər COVID-19-la bağlı təxminən 6 milyon test keçiriblər.

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

“Biz koronavirusla bağlı təxminən 6 milyon test keçirdik. Bu istənilən başqa ölkədən çoxdur”, – Ağ Evdə biznes nümayəndələri ilə görüşündə dövlət başçısı deyib.

Öz növbəsində ABŞ-ın vitse-prezidenti Mayk Pens də bildirib ki, hazırda ölkədə hər həftə koronavirusla bağlı milyon test keçirilir. Yaxın vaxtlarda bu göstərici həftədə 2 milyona çatdırılacaq.

Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 1 milyonu ötüb. Birləşmiş Ştatlarda COVID-19 qurbanlarının sayı 60 mindən çoxdur, virusa yoluxmuş 116 mindən çox insan sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=145635

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31