ABŞ kəşfiyyatından korona açıqlaması: Süni şəkildə…

01.05.2020 - 08:52

ABŞ kəşfiyyatı COVİD-19 koronavirusunun süni yaradılmadığı qənaətindədir. Axar.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatı direktorunun ofisi məlumat yayıb. “ABŞ kəşfiyyatı COVİD-19 virusunun insan əli ilə yaradılmadığına və genetik modifikasiya olunmadığına dair geniş alim konsensusu ilə razıdır. Xəstəliyinin heyvanla təmas və ya Uhan şəhərindəki laboratoriyada baş verən insident nəticəsində yayıldığını müəyyən etmək üçün əldə olunan informasiya və kəşfiyyat məlumatları araşdırılır”, – məlumatda bildirilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Mayk Pompeo dəfələrlə Çini virusun mənşəyi barədə məlumatları gizlətməkdə ittiham edib. Mayk Pompeo Pekini koronavirusun təhlükəli infeksiya xəstəlikləri üzrə tədqiqatların aparıldığı Uhan Virusologiya İnstitutunun laboratoriyasından sızması ehtimalı barədə açıqlama verməyə çağırıb.
Milli Kəşfiyyat direktorunun ofisi Mərkəzi Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi və Federal Təhqiqatlar Bürosu da daxil olmaqla ABŞ-ın 17 kəşfiyyat qurumunun fəaliyyətini koordinasiya edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=145676

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31