Dünyada son bir gündə 10 min nəfər koronavirusdan ölüb

01.05.2020 - 11:23

Dünyada son sutka ərzində yeni növ koronavirus infeksiyasına 71 mindən çox insan yoluxub, təxminən 10 min nəfər də ölüb.

APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumatda bildirilib.

Məlumata görə, son bir gündə yoluxanların sayı 71 839 nəfərdir, 9797 nəfər isə bu virusun qurbanına çevrilib. Bununla da dünyada koronavirusa yoluxanların ümumi sayı 3 090 445 nəfər təşkil edir, virusdan ölənlər isə 217 769 nəfərdir.

Yoluxma hallarının əksəriyyəti (1 434 649 nəfər) yenə də Avropa bölgəsində qeydə alınıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=145707

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31