Nazarbayevin qızının senator mandatı ləğv olundu – SENSASİON QƏRAR

02.05.2020 - 12:41

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu gün mayın 2-də Senatın spikeri (parlamentin yuxarı palatası) Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verilməsi haqda fərman imzalayıb.

Virtualaz.org xəbər verir ki, fərmanda Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verilməsinin səbəbləri göstərilmir.

Dariqa Qazaxıstanın keçmiş prezidenti və dövlət şurasının indiki sədri Nursultan Nazarbayevin böyük qızıdır və 2016-cı ildən Senatın deputatı idi. 2019-cu ildə o, Senatın sədri seçilib və prezident Tokayev onun yenidən Senatın deputat təyin edilməsi haqda sərəncam verib.

Bir çoxlarına görə Dariqa Nazarbayeva Senatın spikeri olaraq növbəti prezident olmağa hazırlaşırdı.

Qasım-Jomart Tokayev özünün Tvitter bloqunda Dariqa Nazarbayevaya senatnın spikeri kimi fəaliyyətinə görə təşəkkür edib. “D.N.Nazarbayevaya Qazaxıstan Respublikası parlamentinin senatının sədri vəzifəsində fəal və məhsuldar işinə görə minnətdarlıq ifadə edirəm”,-o yazıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=145798

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930