Afrikada koronavirusa yoluxanların sayı 40 mini keçdi

02.05.2020 - 13:26

Afrikada son 24 saat ərzində daha 731 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə, qitə üzrə yoluxanların ümumi sayı 40 749-a çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Afrika Xəstəliklərinə Nəzarət və Profilaktika Mərkəzi ( Africa CDC ) açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, sutka ərzində qitə üzrə koronavirus səbəbindən həyatını itirənlərin sayı daha 49 nəfər artaraq 689-a çatıb.
Ümumilikdə 13 383 pasiyentin müalicə olunaraq sağaldığı bildirilib.

Afrikada ilk dəfə Misirdə başlayan koronavirus epidemiyası Lesoto istisna olmaqla qitənin bütün ölkələrinə yayılıb.

Cənubi Afrika Respublikası, Misir, Mərakeş, Əlcəzair, Nigeriya, Qana və Kamerun qitə üzrə epidemiyadan ən çox təsir görən ölkələrdəndir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=145810

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930