Dünyada koronavirusa yoluxanların sayı 3,5 milyona çatır – STATİSTİKA
Dünyada koronavirus qurbanlarının sayı 244 min nəfərə çatır. Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, pandemiya ərzində COVID-19 infeksiyasının qeydə alındığı ölkələrdə virusdan ölənlərin ümumi sayı 243 942 nəfər təşkil edir.
Bundan başqa, dünyada ümumilikdə 3 470 014 insan koronavirusla bağlı analizlərin müsbət nəticəsini alıb, COVID-19-a yoluxmuş 1 114 164 insan sağalıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=145834