Azərbaycanda pensiya və maaşlar artacaq?

04.05.2020 - 21:55

Xəbər verdiyimiz kimi, Azərbaycanda karantin rejimi mayın 31-nə qədər uzadılıb. Bəs, karantin rejimi bitdikdən sonra Azərbaycanda pensiya və əməkhaqqı artırılacaqmı?
“Ölkə.Az” bildirir ki, bununla bağlı sonxeber.az-a danışan deputat Aydın Hüseynov bildirib ki, ölkədə aparılan siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasıdır: “Dövlət büdcəmizin 40 faizə qədəri sosial təyinatlı xərclərdir. 2019-cu ildə əməkhaqqı, əmək haqqına tutulan xərclər, təqaüdlər və pensiyalar önəmli şəkildə artırıldı. Biz 4.2 milyon insanı əhatə edən böyük sosial zərfin şahidi olduq. Xatırlayırsınız ki, cənab prezident bildirmişdi ki, bu kimi əməkhaqqların və pensiyaların artımı növbəti illərdə də davam edecək. Mən hesab edirəm ki, növbəti mərhələlərdə əməkhaqqının və pensiyaların artımı həyata keçiriləcək. Təbii ki, bu sistemli xarakter daşıyır. Baxmayaraq ki, dünyada iqtisadi gərginlik baş verir. Ölkə başçısı bildirib ki, dünyada gedən iqtisadi böhrana baxmayaraq Azərbaycanda sosial layihələr ixtisar olunmayacaq. Sosial tədbirlər proqnozlaşdırılmış formada öz həllini tapacaq. Bəli, növbəti mərhələlərdə orta əməkhaqqının və pensiyaların artırılmasını gözləyirik”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=145893

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930