İranda son sutkada koronavirusdan daha 55 nəfər öldü
İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) daha 55 nəfər dünyasını dəyişib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 6541 nəfərə çatıb.
İranda son 24 saat ərzində daha 1556 yoluxma halı qeydə alınıb və yoluxanların ümumi sayı 104 691 nəfərə çatıb.
İndiyədək xəstəlikdən sağalanların sayı isə 83 837 nəfərdir.
Short URL: http://www.cumhuriyyet.net/?p=146233