Avropada karantin tədbirləri yumşaldılır

16.05.2020 - 15:25
İtaliya 3 iyun tarixindən etibarən ölkəyə giriş və çıxış məhdudiyyətinin ləğv olunması barədə qərar qəbul edib

Koronavirusla bağlı ölüm səviyyəsinin azalması fonunda Avropa ölkələri karantin məhdudiyyətlərinin yumşaldılması ilə bağlı tədbirlər görür.

Portuqaliya, İspaniya və Yunanıstan belə ölkələr sırasındadır. Bəzi karantin tədbirlərini qaldıran İtaliya 3 iyun tarixindən etibarən ölkəyə giriş və çıxış məhdudiyyətinin ləğv olunması barədə qərar qəbul edib.

İtaliya koronavirusla bağlı ən çox ölüm hallarının olduğu ölkələrdən biridir. Burada Covid-19-dan 31.600-dən çox insan ölüb.

Bu, karantinlə bağlı tənəzzüllə üzləşən iqtisadiyyatların yenidən açılmasına yönələn əlamətdar hal sayılır.

Pandemiya fonunda Almaniya iqtisadiyyatı ilə bağlı rəqəmlər açıqlanıb və statistika ilin ilk rübündə 2,2 faizlik azalmanı nümayiş etdirir. Ümid edilir ki, karantinin tezliklə ləğvi iqtisadiyyatı yenidən canlandıracaq.

Bu arada ABŞ-dakı Johns Hopkins Universitetinin statistikasına əsasən, dünya boyunca təsdiqlənmiş koronavirus hadisələrinin sayı 4,5 milyonu keçib. Bunlardan üçdə biri sağalıb. 307 mindən çox insan ölüb.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=146800

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2020
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031