Nigeriyada naməlum xəstəlik yayıldı – İNSANLAR TƏLAŞ İÇİNDƏDİR

16.05.2020 - 15:59

Nigeriyada əksəriyyəti 50 yaşdan yuxarı olan insanların kütləvi şəkildə naməlum xəstəlikdən ölməsi təlaş yaradıb. Yeni hallar əsasən Yobe, Kano, Bauçi ştatlarında və Jiqava əyalətində görünüb.

Virtualaz.org bildirir ki, bu barədə “HaberTürk” xəbər yayıb.

Kano ştatında aprel ayında üç gün içində aralarında akademik, siyasətçi, iş adamı və həkimlərin də olduğu 150 nəfər dünyasını dəyişib. Jiqavada 10 gündə 100-dən çox adam ölüb. Yobe ştatında üç günə 471 nəfər həyatını itirib. Bauçi ştatında bu göstərici 150 nəfərdir.

Səlahiyyətlilər ölümlərin COVID-19 mənşəli olmadığını bildiriblər.

O da vurğulanır ki, xəstəlik dövründə test və ölümdən sonra ekspertiza olmadığından ölüm səbəblərini müəyyənləşdirmək mümkün olmayıb.

Aminu Kano Tədris Xəstəxanası Yoluxucu Xəstəliklər Departamentinin direktoru İsa Əbubəkr də qısa müddətdə bu qədər insanın ölümünün normal olmadığını vurğulayıb.

Ölkədə naməlum xəstəliklə bağlı Dünya Səhiyyə Təşkilatı Kano ştatına heyət göndərib.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=146813

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2020
BE ÇA Ç CA C Ş B
« May    
1234567
891011121314
15161718192021
22232425262728
2930