ABŞ-da güclü yanğın olub, xəsarət alanlar var – FOTO/VİDEO

17.05.2020 - 10:05

ABŞ-ın Los-Anceles (Kaliforniya ştatı) şəhərində güclü yanğın hadisəsi baş verib. “Report”un məlumatına görə, bu barədə NBC teleşirkətinə meqapolisin yanğınsöndürmə xidmətinin kapitanı Erik Skott bildirib. O, qeyd edib ki, alovun söndürülməsi zamanı 11 yanğınsöndürən güclü yanıq xəsarətləri alıb.

“Biz təxminən iki saat ərzində alovu tamamilə söndürdük. Bu, yerli vaxtla saat 20:08-də (Bakı vaxtı ilə saat 7:08-də) oldu. Təəssüf ki, 11 yanğınsöndürən yanıq xəsarətləri aldı”, – Skott deyib. Onun sözlərinə görə, yanğın ticarət binasında baş verib. “Bu böyük fövqəladə hadisənin başvermə səbəbi və şəraiti araşdırılır”, – yanğınsöndürmə xidmətinin kapitanı əlavə edib. Alovun söndürülməsinə 230-dan çox yanğınsöndürən cəlb edilib.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=146846

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2020
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031