Tramp koronavirusa qarşı malyariya dərmanını özündə sınaqdan keçirir

19.05.2020 - 12:25

ABŞ prezidenti Donald Tramp deyib ki, o koronavirusa yoluxacağı təqdirdə virusun mümkün simptomlarını azaltmaq üçün malyariya dərmanı qəbul edir. Qeyd edək ki, bu dərmanın COVID-19 xəstəliyinin müalicəsində səmərəli olduğuna dair elmi sübutlar yoxdur.

Tramp mayın 18-də deyib ki, o son bir həftə ərzində gündəlik qaydada hidroksixloroxin və sink həbləri qəbul edir. Prezident bildirib ki, o bu preparatların yad fəsadlarını hiss etməyib.

Tramp bundan əvvəl COVID-19-a qarşı fəal şəkildə azitromitsin preparatını təbliğ edirdi.Bu dərmanın da koronavirusa qarşı səmərəli olduğuna dair elmin sübutlar yoxdur.Bundan başqa ABŞ Qida və Dərman İdarəsi yoxlanmamış preparatların qəbul edilməməsinə çağırıb.

Bu yaxınlarda Nyu Yorkda 1400 pasientin iştirakilə aparılmış araşdırma hidroksixloroxin preparatının COVID-19-a qarşı effektiv olmadğını göstərib.

ABŞ prezidenti  dünənki çıxışında habelə Dünya Səhiyyə Təşkilatını (DST) “Çinin oyuncağı” adlandırıb. Bundan bir neçə saat əvvəl rəsmi Vaşinqton DST-ni COVID-19 epidemiyasını “nəzarətdən buraxmaqla çox sayda insan həyatının itirilməsinə” səbəb olmaqda ittiham etmişdi.

ABŞ səhiyyə naziri Aleks  Azar bildirib ki, DST dünyanın ehtiyacı olan informasiyanı vaxtında çatdırmayıb. Bundan əvvəl DST-nin baş katibi Tedros Adhanom Gebreyesus təşkilatın pandemiya ilə bağlı fəaliyyətinin araşdırılmasına razılıq vermişdi.

Virtualaz.org

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=146989

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2020
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031