Pentaqondan koronavirusla bağlı dünyanı təlaşa salan AÇIQLAMA

20.05.2020 - 13:19

ABŞ Müdafiə Nazirliyində (Pentaqon) dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasının yenidən alovlana biləcəyini düşünürlər.

Axeber.az-ın xəbərinə görə, “Task & Purpose” nəşri ABŞ Müdafiə naziri Mark Esper üçün hazırlanan sənədə istinadən məlumat yayıb.

Bildirilib ki, koronavirusla mübarizədə effektiv peyvəndin yalnız 2021-ci ilin yayında hazır ola biləcəyi ehtimal edildiyi üçün Pentaqonda bu qənaətə gəlinib.

“İlin sonuna COVID-19 alovlanmasının baş verə biləcəyi ehtimal olunduğu üçün biz hazırda diqqətimizi böhran missiyasının davam etdirilməsinə, fəaliyyətin genişləndirilməsinə və lazımı hazırlıqların aparılmasına yönləndirməliyik”, – deyə qeyd olunub.

Hazırlanan sənədin rəsmi şəkildə dərc edilmədiyi də diqqətə çatdırılıb.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp peyvəndin hazırlanması üzərində işlərin yaxşı getdiyini bildirərək ilin sonuna qədər  tamamlana biləcəyini vurğulayıb.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147102

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2020
BE ÇA Ç CA C Ş B
« May    
1234567
891011121314
15161718192021
22232425262728
2930