Çindən qorxudan açıqlama: simptomları dəyişir

21.05.2020 - 13:12

Çinin aparıcı təcili tibbi yardım mütəxəssislərindən biri Qui Haibo Corona virusunun ölkənin şimal-şərqində baş verən yeni hadisələrdə əvvəlkilərlə müqayisədə fərqli bir yol tutduğunu və bu virusun simptomlarının yayıldıqca dəyişdiyini göstərir.

Yenicag.az xəbər verir ki, Çinin şimal-şərqindəki Jilin və Heilongjang bölgələrində, yeni yoluxmaların baş verməsi, ikinci dalğasının yaranması ilə bağlı narahatlıq doğurub.

Çin Milli Səhiyyə Komitəsinin Corona virusu ilə əlaqəli mütəxəssis qrupunda olan Doktor Qui şimal-şərqdə yeni infeksiyalarda virusun inkubasiya müddətinin uzadığını müşahidə etdiklərini söyləyib.

Çin Dövlət Televiziyasında CCTV-yə danışan həkim deyib ki, “Uzun müddət simptom göstərməmələri bir problemdir. Ailələr bu vəziyyətə əhəmiyyət vermədən bir araya gəlirlər və nəticədə yeni yoluxma halları ortaya çıxır”.

Şimal-şərqdəki xəstələrin virusu Wuhandakı ilk hadisələrə nisbətən daha uzunmüddətli daşıyıcı olduqlarını və daha gec müddətdə sağaldıqlarını söyləyən Qui bu xəstələrdə nadir hallarda atəş olduğunu həmçinin fərqli orqanlara deyil, ağciyərlərinə zərər verdiklərini söyləyib.

Çin təcili tibbi yardım mütəxəssisi bildirib ki, virusun bu dəyişməsi ölkənin şimal-şərqində yeni halların olması ehtimalı ilə bağlı ola bilər.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147180

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2020
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031