Braziliya koronavirusa yoluxma sayına görə Rusiyanı ötdü

23.05.2020 - 13:49

Braziliya dünyada koronavirus infeksiyasına yoluxan ölkələrin siyahısında ikinci yerdə qərarlaşıb.

“Qafqazinfo” xəbər verir ki, beləliklə, bu göstəriciyə görə ölkə günlərdir ikinci yerdə olan Rusiyanı qabaqlayıb. Bunu Braziliya Səhiyyə Nazirliyinin saytında dərc olunan məlumatlar sübut edir.

Braziliyada təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma hallarının sayı 332 mindən çox təşkil edir. Son məlumatlara görə, ümumilikdə Rusiyada 326 mindən çox yoluxma hadisəsi aşkar edilib.

Son bir gündə Braziliyada 20 803 nəfər virusa yoluxub. Eyni zamanda Cənubi Amerika ölkəsində ölənlərin sayı gündə 1 492 nəfər artaraq 21 116-ya çatıb. Rusiyada 3 249 nəfər vəfat edib, 100 000-ə yaxın insan sağalıb.

Qeyd edək ki, ABŞ pandemiyaya yoluxma (1 645 353 nəfər) və ölüm (97 655 nəfər) sayına görə yenə də birinci yerdədir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147227

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930