Koronavirusu yaymaqda günahkar hesab edilən qadın danışdı: “sətəlcəmin səbəbidi”

28.05.2020 - 23:12

Koronavirusun yayılmasa səbəb olduğu hesab edilən qadın uzun zamandan sonra sükutu pozub. CGTN kanalına müsahibə verən çinli virusoloq Şi Çjenli Uhan laboratoriyasında süni şəkildə COVID-19 yaratmaqda şübhəli bilinir.
Şi Çjenli ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) və ABŞ tərəfindən maliyyələşdirilən beynəlxalq proqramların üzvü olub və heyvanlar aləmində yeni epidemiyaların mənbəyi ola biləcək virusların axtarışı ilə məşğul idi. Bunu etmək üçün o və həmkarları əlçatmaz mağaralara və tərk edilmiş yerlərə qalxaraq yarasaların nəcisini toplayıb, onlardan nümunə götürüblər.
ABŞ alimləri birgə araşdırma zamanı qeyd ediblər ki, Çjenli yarasa içərisində olan koronavirusun insan hüceyrələrini yoluxdura bilməsi üçün genini dəyişib. Çjenli və çinli həmkarları həmçinin Uhanda epidemiyadan əvvəl qeyri-adi sürətlə COVID-19-u ayıraraq müəyyənləşdirməyə müəssər olublar.
Bütün bunlar koronavirusun süni şəkildə yaradıldığını və praktikada təhlükəsizlik tədbirlərinə yüksək səviyyədə riayət etməyən Uhan laboratoriyasından “sıza” biləcəyini söyləməyə əsas verib. Çjenli fevralın 9-da Uhan laboratoriyasında heyvanların- transgen siçanlar və makakalar üzərində koronavirus yoluxması ilə əlaqədar aparılan təcrübənin tamamlandığını deyib. Onun sözlərinə görə, bu təcrübələr nəticəsində məlum olub ki, koronavirus Uhanda izah edilə bilinməyən sətəlcəmin səbəbidir: “Aşkarladığımız viruslar aysberqin yalnız görünən tərəfidir. Mümkün epidemiyaların qarşısını almaq üçün vəhşi heyvanların daşıdığı naməlum viruslar haqqında əvvəlcədən bilməliyik”.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147360

XƏBƏR LENTİ

virtual_roadi

15.07.2020Votsap çökdü
Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031