ABŞ-ın iri şəhərləri cəhənnəmə döndü: Tramp etirazçılara qarşı ordu göndərdi (FOTO/VİDEO)

30.05.2020 - 10:33

ABŞ-ın bir sıra böyük şəhərlərində iğtişaşlar başlayıb. Qaynarinfo Associated Press-ə istinadla xəbər verir ki, buna səbəb Minnesota ştatının Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümü olub.
Aksiyalar Feniks (Arizona), Denver (Kolorado), Las Veqas (Nevada), Los Anceles (Kaliforniya), Atlanta (Corciya), Hyuston (Texas) şəhərlərində keçirilir. Bu aksiyalarda minlərlə insan iştirak edir. Əvvəlcə etirazlar dinc məzmunda olub, sonra etirazçılar dağıntılar törətməyə və polis maşınlarına atəş açmağa, mühafizəçilərə daş və şüşə atmağa başlayıblar.
Mediada yayılan məlumatlara görə, ən azı 3 asayiş keşikçisi yaralanıb. Minneapolisdə fəallar bir polis bölməsinə atəş açıblar. Etirazçılar həmçinin mağaza və dükanları talan edir.
Xatırladaq ki, Minneapolisli afrika-amerikalı Corc Floyd saxta sənədlərdən istifadə etməkdə günahlandırılaraq tutulub. Saxlanılarkən polis dizini onun boğazına dirəyib, kişi mayın 25-də xəstəxanada ölüb. Hadisə Minneapolisdə iğtişaşlara səbəb olub. Şəhər hakimiyyəti fövqəladə rejim və komendant saatı tətbiq edib.
ABŞ prezidenti Donald Tramp Milli Qvardiya qoşunlarını Minnesota ştatına göndərib. Polis əməkdaşı Derek Şoven afro-amerikalıın ölümündə günahlandırılaraq həbs olunub. Son məlumatlara görə, polisin həyat yoldaşı boşanmaq üçün ərizə vermək qərarına gəlib.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147421

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031