Merkel G7-dən niyə imtina etdi? – Səbəb korona deyil…

31.05.2020 - 11:57

ABŞ prezidenti Donald Trampla Almaniya kansleri Angela Merkel arasındakı Şimal Axını-2 layihəsinə görə olan fikir ayrılığı Merkelin G7 sammitində iştirakdan imtina etməsinə səbəb olub.

Axar.az xəbər verir ki, bunu Tvitter hesabında rusiyalı senator Aleksey Puşkov qeyd edib. O bildirib ki, Trampla Merkel arasında bəzi məsələlərlə bağlı fikir ayrılıqları var:

“Merkel hələlik ABŞ-da G7 sammitinə qatılmamaq barədə qərar verib. Səbəb əlbəttə ki, epidemiya deyil. Şimal Axını-2 də daxil olmaqla, Merkellə Tramp arasında fikir ayrılıqları yaşanır”.

Qeyd edək ki, “Politiko” qəzeti ABŞ Prezidenti Donald Trampla Almaniya kansleri Angela Merkel arasında baş tutan telefon danışığı zamanı mübahisə yaşanması barədə məlumat yayıb. Almaniya hökuməti isə Merkelin pandemiya səbəbindən Vaşinqtonda keçirilməsi nəzərdə tutulan G7 sammitinə qatılmayacağını açıqlayıb.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147458

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031