ABŞ-da etirazlar genişlənir: daha iki ölkədə əhali ayağa qalxdı

01.06.2020 - 01:50

ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayan etiraz aksiyalarına London və Berlində də qoşulanlar var. Xarici KİV xəbər verir ki, ABŞ-dakı aksiyalara dəstək məqsədilə keçirilən aksiyalarda Corcun son sözləri – “Nəfəs ala bilmirəm” şüar olaraq seçilib. Londonda Trafalqar meydanında minlərlə etirazçı diz üstə çöküb sağ əllərini yumruq şəklində tutub yuxarı qaldıraraq (irqi ayrı-seçkiliyə etiraz olaraq) “Ədalət yoxdursa, dünya yoxdur!” şüarını səsləndiriblər. Aksiyaçılar daha sonra ABŞ səfirliyinin binası önünə toplaşıblar.

Berlində də mitinqçilər ABŞ səfirliyinin binası önünə toplaşaraq “Corc Floyda ədalət!”, “Bizi öldürməyi dayandır!”, “İndi kimin boğazına çöküləcək?” şüarlarını səsləndiriblər.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147485

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031