Səudiyyə Ərəbistanına tarixi şok: iki ayda ümumi itki 50 milyard dollar

01.06.2020 - 22:17

Hurriyyet.org xəbər verir ki, yeni tipli koronavirus pandemiyanın yayılmasından və neft qiymətlərində görünməmiş ucuzlaşmadan sonra Səudiyyə Ərəbistanı böyük şoklarla qarşılaşmaqdadır. Səudiyyə Ərəbistanının valyuta ehtiyatı aprel ayında 24,8 milyard dollar azalıb və son iki ay ərzində ümumilikdə azalma 50 milyard dollara bərabər olub.
Səudiyyə Ərəbistanının Mərkəzi Bankının (SAMA) statistik hesabatındakı məlumata görə, dollar ehtiyatı mart ayında 473,4 milyard dollardan aprel ayında 448,6 milyard dollara düşüb. SAMA-nın məlumatında mart ayında azalmanın 24 milyard dollar bərabər olduğu bildirilir. Beləliklə, iki ayda ümumi itki 50 milyard dollar yaxın olub.
Digər tərəfdən isə Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyinin açıqlamasında investisiyaların maliyyələşdirilməsi üçün Krallığın İctimai İnvestisiya Fonduna 40 milyard dollar köçürüldüyü, bunun müstəsna hal olduğu bildirilmişdi.
Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının iqtisadiyyatı yeni tipli koronavirusla mübarizə və xam neft qiymətlərinin tarixi ucuzlaşması səbəbindən böyük zərərlə qarşılaşıb.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147536

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031