Türkiyədən Yunanıstanın “müharibə” təhdidinə cavab: Ordumuz istənilən an…

06.06.2020 - 19:14

Türkiyə Yunanıstanın Müdafiə naziri Nikos Panaqiotopoulosun “Türkiyə ilə müharibəyə hazırıq” açıqlamasına reaksiya verib. Publika.az xəbər verir ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar ordunun bütün vəzifələrə hazır olduğunu bildirib.
“Bunu demək məcburiyyətindəyəm. Bu, kimisə təhdid etmək, yaxud kiməsə qarşı təxribat deyil. Lazım olarsa, Silahlı Qüvvələrimiz veriləcək hər cür vəzifəni yerinə yetirə biləcək gücdədir. Türkiyə dövlətini qorumaqda son dərəcə əzmliyik”, – Akar bildirib.
Qeyd edək ki, Türkiyənin “Rəsmi qəzeti”nin Yunanıstan adaları yaxınlığında dövlətin türk neft şirkəti tərəfindən karbohidrogen ehtiyatlarını öyrənmək və istehsal etmək lisenziyası üçün müraciətləri dərc etməsi Yunanıstanda narazılığa səbəb olub. Bundan sonra Yunanıstanın müdafiə naziri Türkiyə ilə müharibəyə hazır olduqları açıqlamasını verib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147851

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930