Dünyaya şad xəbər: Alimlər koronavirusun müalicəsini tapdı

09.06.2020 - 02:00

Amerikalı alimlər xəstələri şiddətli koronavirus infeksiyasından xilas edə biləcək yeni dərman tapıb. Modern.az xəbər verir ki, “Acalabrutinib” adlı birləşmə əvvəllər qan xəstəliklərinə qarşı istifadə edilib. Bu barədə “Science Immunology” jurnalında dərc olunan məqalədə bildirilib.
Səkkizi süni ağciyər ventilyasiyasına yerləşdirilmiş olmaqla, 19 koronavirus xəstəsinin müalicəsində tənəffüs çətinliyi riskini azaltmaq və həddindən artıq aktiv immun cavabını azaltmaq üçün “Acalabrutinib” istifadə olunub. Məlum olub ki, bu dərman Bruton tirozin kinaz (BTK) zülalını bloklayır. Bununla birlikdə, təhlükəsiz dozanı təyin etmək üçün preparat zəruri olan kliniki sınaqlardan da keçirilməlidir.
BTK iltihablı sitokin siqnal molekullarını ifraz edən immun sisteminin və makrofaqların normal işləməsi üçün lazımdır. Sitokinlər infeksiya daxil olduqda bədənin müdafiəsini tənzimləmək üçün vasitəçi rolunu oynayır. Ancaq COVID-19-un ağır formasında sitokinlərin həddindən artıq sərbəst buraxılması baş verə bilər ki, bu da ağciyər funksiyasının pozulmasına səbəb olur. Bu hiperflamatuar vəziyyətə sitokin fırtınası deyilir və hazırda xəstəliyin bu mərhələsi üçün sübut edilmiş müalicə strategiyaları yoxdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=147994

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728