Ermənistan parlamentində Paşinyanın istefası tələb edilib

09.06.2020 - 14:48

Ermənistan parlamentində təmsil olunan ikinci böyük siyasi qüvvənin – müxalif Çiçəklənən Ermənistan Partiyasının (ÇEP) sədri Qaqik Tsarukyan baş nazir Nikol Paşinyan və onun hökumətinin istefasını tələb edib.

Bu barədə “İnterfaks” xəbər verir.

Onun fikrincə, hazırkı hökumətə vədlərini yerinə yetirmək üçün vaxt verilib, amma onlar bunu yerinə yetirməyib.

“İnvestisiya yoxdur, iqtisadiyyat inkişaf etmir, koronavirusla mübarizə uğursuz oldu”, – Q.Tsarukyan söyləyib.

Eyni zamanda, parlamentdəki üçüncü ən böyük siyasi qüvvə olan İşıqlı Ermənistan Partiyası (İEP) da hökumətin ölkədə islahatlar aparmağa qadir olmadığını hesab edir.

İEP-dən ÇEP ilə danışıqlar aparılmadığı, lakin bunun istisna da təşkil etmədiyi vurğulanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=148044

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728