Yeni qalmaqal Ermənistanı qarışdırıb – Paşinyan Kanadada 3 milyon dollara ev alıb

09.06.2020 - 22:40

Moderator.az bildirir ki, Ermənistana məxsus “Hraparak” qəzetinin yazdığına görə, biznesmen- siyasətçi Qagik Sarukyanın məlum çıxışından sonra hökumətlə “Çiçəklənən Ermənistan” Partiyası arasında gərginlik getdikcə artır. Sarukyanın açıqlaması “Mənim addımım” blokunun nümayəndələrini mənəvi sarsıntıya uğradıb.
Qəzetin yazdığına görə, Nikol Paşinyan Sarukyanla son telefon danışığında ona qarşı hər hansı addım atanları məhv edəcəyini söyləyib. Lakin bu da müxalifətdə olan partiyanın nümayəndələrini ona qarşı hücumlardan çəkindirməyib.
“Çiçəklənən Ermənistan” fraksiyasının digər üzvü Artyom Sarukyanın iddiası isə ölkəni əməlli başlı qarışdırıb. O, deyib ki, Paşinyan bir korrupsiya sövdələşməsi ilə cangüdənlərindən birinin bacısının adına Kanadada 3 milyon dollara ev alıb.
Bundan sonra hakim “Mənim addımım” blokunun nümayəndələri ilə onların arasında mübahisələr daha da qızışıb. Vəziyyət o həddə çatıb ki, hökumət təmsilçiləri A. Sarukyanın iddialının doğruluğunu yoxlanması tələbi ilə baş prokurorluğa müraciət ediblər.

Taleh

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=148058

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930