Rusiyada koronavirusa yoluxanların sayı yarım milyonu ötdü

11.06.2020 - 12:36

Rusiyada son bir gündə daha 8 779 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 502 436 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 174 nəfər artaraq 6 532-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 261 150 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 336 nəfər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7,4 milyonu ötüb. Bunların 3,7 milyon nəfərdən çoxu sağalıb, 419 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=148128

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728