Türkiyədə şiddətli zəlzələ: qüllə aşdı, yaralananlar var
Türkiyənin Bingöl şəhərinin Qarlıova mahalında 5,8 bal gücündə zəlzələ olub. Axar.az xəbər verir ki, bu barədə Qəndilli Rəsədxanası məlumat yayıb.
Zəlzələnin episentrinin yerin 5 kilometr dərinliyində olduğu bildirilib. Yeraltı təkanlardan sonra insanların küçələrə çıxdığı qeyd edilib.
Türkiyə Daxili İşlər naziri Süleyman Soylunun sözlərinə görə, Qarlıovada növbətçi qülləsinin aşması nəticəsində 1 təhlükəsizlik qorucusu dağıntı altında qalıb, 2-si yaralanıb.
Tələfat və dağıntı ilə bağlı əlavə məlumat yoxdur.
Short URL: http://www.cumhuriyyet.net/?p=148237