Ermənistanda siyasi xaos: müxalifət liderinə cinayət işi qaldırıldı, deputatlar döyüldü – VİDEO

14.06.2020 - 20:02

Ermənistan Milli Təhlükəsizlik Xidməti “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqiq Tsarukyana qarşı daha iki cinayət işi açıldığı barədə məlumat yayıb. “armeniasputnik.am” saytının verdiyi məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti partiya rəhbərliyi və partiya üzvlərinin 2017-ci ildə parlament seçkiləri zamanı xeyriyyəçilik adı altında seçicilərə 100 milyon dram rüşvət verdiyini açıqlayıb.
İstintaq çərçivəsində partiyanın 40-a yaxın ofisində axtarış aparılıb, kompüterlər və digər elektron məlumat daşıyıcıları götürülüb. Ermənistan Dövlət Təhlükəsizlik Xidməti Q. Tsarukyanı Kotaysk əyalətinin Arinc şəhərində 7,5 hektar torpaq sahəsini qanunsuz əldə etməkdə də ittiham edib. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvvəlcə bir şirkətin adına keçirilib, sonra isə özəlləşdirilib, üzərində təyinatına uyğun olmayan tikinti işləri aparılıb. Beləliklə də torpağın təyinatına uyğun istifadə edilməməsi nəticəsində 342 milyon dram ( 685 min dollar) ziyan vurulub.
Qeyd edək ki, bundan əvvəl səhər saatlarında Ermənistan Milli Təhlükəsizlik Xidməti “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqiq Tsarukyana məxsus “Onira klab” şirkətində 60 milyon dollar (29 milyard darm) dəyərində qanun pozuntusu aşkarlandığı barədə məlumat yaymışdı. İyunun əvvəlində hökuməti istefaya çağıran Q. Tsarukyana deyib ki, villasında aparılan axtarışlar siyasi xarakter daşıyır: “Bu, əlbəttə, siyasi təqibdir. Mən bəyan etmişdim ki, hökumət vəziyyətlə bacara bilmir. Hazırda pandemiya ölkədə tüğyan edir, 3 ay sonra aclıq başlayacaq”.
Partiya sədri ifadə vermək üçün Milli Təhlükəsizlik Xidmətinə çağırılıb və indiyə qədər Ermənistan Milli Təhlükəsizlik Xidmətindədir. Q. Tsarukyanın tərəfdarları Milli Təhlükəsizlik Xidməti yanında aksiya keçirir. Partiya sədrinin 100-dən çox tərəfdarı saxlanılıb. Həmin şəxslər koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan edilən fövqəladə vəziyyət rejimini pozmaqda günahlandırılır.

Ermənistanda polis müxalif “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqiq Tsarukyana qarşı 3 cinayət işinin açılması və ifadəyə çağırılmasına etiraz edən deputatlara qarşı güc tətbiq edilib. “news.am” saytının verdiyi məlumata görə, aksiyada deputatlar İvetta Tonoyan, Naira Zoqrabyan, Karine Poqosyan, Arman Abovyan, Qevork Petrosyan iştirak ediblər.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binası qarşısına toplaşan aksiyaçıları dağıtmaq üçün xüsusi polis qüvvələrindən istifadə edilib. Deputatlar zorla Xancyan küçəsindən uzaqlaşdırılıb. Polisin güc tətbiq etməsi nəticəsində deputatlardan Karine Poqosyan və Arman Abovyan xəsarət alıb, Caanibek Ayrapetyanı isə polislər sürüyüb.
Digər deputatlar Caanibek Ayrapetyanın hara aparıldığını bilmədiklərini söyləyiblər. Bir müddət sonra isə polis həmin deputatın ərazidən uzaqlaşdırıldığını bildirib/APA.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=148243

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930