Türkiyə F-16-ları Rusiya təyyarələrinə qarşı hərəkətə keçdi – ƏZƏLƏ NÜMAYİŞİ

15.06.2020 - 18:35

Rusiyanın Suriyadan Liviyaya Miq-29 və Su-24 döyüş təyyarələri göndərməsi xəbərindən sonra Türkiyənin Aralıq dənizində F-16-ların iştirakı ilə hərbi təlimlər keçirməsi iki ölkənin bir-birinə güc nümayişi kimi qiymətləndirilir. Publika.az xəbər verir ki, “Sülh qartalı” adlanan təlimlərdə 17 təyyarə və səkkiz döyüş gəmisi iştirak edir. Təlimdə E-7T adlı havada təcili xəbərdarlıq və nəzarət təyyarəsinin iştirak etməsi də diqqət çəkib.
İyunun 11-də başlanan təlimlərdə iştirak edən F-16 təyyarələri döyüş ləvazimatları ilə tam təchiz edilmiş formadadır. Bununla yanaşı, F-16-ların havadan-havaya zərbə endirmək üçün istifadə olunan raketlərlə də təzhiz edilməsi diqqətdən yayınmayıb. Bu raketlər havadan gələn təhlükələrə qarşı istifadə olunur.
Türkiyəli yazar Seyfettin Ersöz hesab edir ki, təlimdə havadan-havaya zərbə raketlərinin istifadə olunması Rusiyanın Liviyaya təyyarə göndərməsinə qarşı mesajdır.
Qeyd edək ki, Türkiyə ordusu İdlibdə “Bahar qalxanı” hərəkatı zamanı Suriya rejiminə aid rus mənşəli Su-24 və L-39 tipli döyüş təyyarələrini də havadan havaya zərbə raketləri ilə vurmuşdu. Həmin vaxt Türkiyənin F-16 döyüş təyyarəsinin pilotu düşmən radarlarına düşməmək üçün öz radarını bağlamışdı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=148303

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930