Koronavirusa yoluxanların sayı 8 milyonu ötdü
Son sutka ərzində dünyada koronavirus infeksiyasına yoluxanların sayı 124 min 600 nəfər artıb.
Virtualaz.org bildirir ki, məlumatı pandemiyanın statistikasını aparan “Worldometer” saytı yayıb.
Bildirilir ki, ötən gün COVID-19 xəstəliyindən daha 3 min 415 nəfər həyatını itirib.
Saytın Bakı vaxtı ilə bu gün saat 12:50-yə olan məlumatına əsasən, dünyada koronavirusa yoluxanların sayı 8 milyon 128 min 606 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 439 min 428 nəfərə çatıb.
Eyni zamanda, 4 milyon 243 mindən çox insan COVID-19 xəstəliyindən sağalıb. Hazırda müalicəsi davam edən 3 milyon 446 min 23 xəstədən 54 min 574-nün vəziyyəti ağır qiymətləndirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=148392