Hindistanla Nepal arasında gərginlik artır – Çinin “barmağı” olduğu bildirilir

16.06.2020 - 16:24

Hindistan-Nepal sərhədində gərginliyin artması fonunda Çinin bu qarşıdurmada Nepalı təhrik etdiyinə dair xəbərlər yayılmaqdadır.

“AzPolitika.info” xəbər verir ki, “Zee News” kanalının yayımladığı materialda Nepalın özünün tərtib etdiyi yeni xəritədən qonşu Hindistana qarşı istifadə etdiyi iddia olunur.

“Zee News” həmçinin bildirir ki, Çinin Nepaldakı səfiri Hou Yanqi, Nepalın Hindistana qarşı təhrik edilməsində böyük rol oynayıb. İddia olunur ki, Çin qonşularını təhrik etməklə Hindistana problem yaratmağa çalışır.

Qeyd edək i, bu yaxınlarda Nepal, iki ölkə arasındakı mübahisəli ərazilərin ona məxsus olduğunu əks etdirən xəritə təqdim edib və bununla Hindistanın qəzəbinə səbəb olub. Nepalın bunu Çinin istəyi ilə etdyi düşünülür.

Bu arada, iyunun 13-də Nepal parlamentinin aşağı palatası Nepal hökuməti tərəfindən verilən yeni xəritəni qəbul edərək Konstitusiyaya dəyişiklik edən yeni qanun qəbul edib. Hazırda həmin qanunun Nepal Parlamentinin yuxarı palatasında qəbulu gözlənilir.

Hindistan hökumətinin açıqlamasında isə deyilir ki, rəsmi Katmandunun problemi dialoq yolu ilə həll etmək üçün atdığı addımların heç biri ciddi deyil. O da iddia olunur ki, Hindistan Nepal tərəfinə müsbət cavab verib, danışıqları “əlverişli bir mühitdə və qarşılıqlı əlverişli bir tarixdə” keçirməyə hazır olduğunu bildirib. Lakin Nepal tərəfinin bu məsələyə qeyri-konstruktiv yanaşdığı bildirilir.

Xatırladaq ki, İyunun 12-də Hindistan-Nepal sərhədində yaranmış insident zamanı Nepal Silahlı Polis Qüvvələri (NAPF) tərəfindən üç Hindistan vətəndaşı atəşə tutulub, nəticədə bir nəfər ölüb, ikisi yaralanıb. Bir nəfər isə Nepal qüvvələri tərəfindən həbs edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=148396

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930