ABŞ-da COVID-19-dan ölənlərin sayı Birinci Dünya müharibəsində ölənlərin sayını ötüb

17.06.2020 - 10:55

ABŞ-da 116 526 nəfər pandemiyanın qurbanı olub. “Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə federal və yerli hökumət orqanlarının, eləcə də KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb.

Bununla da ABŞ-da koronavirus infeksiyasının yaratdığı xəstəlikdən vəfat edənlərin sayı Birinci Dünya müharibəsində ölən amerikalıların sayını keçib.

Belə ki, Birinci Dünya müharibəsində ölən amerikalıların sayı 116 516 nəfər təşkil edib.

Universitetdən verilən məlumata görə, ölkədə yoluxma hallarının ümumi sayı 2,1 milyon nəfərdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=148430

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728