Putin Nazarbayevə teleqram göndərdi
Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevə teleqram göndərib.
Bu barədə rəsmi Kremlin saytı məlumat yayıb. Bildirilir ki, Putin koronavirusa yoluxan Nazarbayevə dəstəyini bildirib.
O, Nazarbayevin həyat eşqinin, ruh yüksəkliyinin və optimizminin siyasətçiyə yaxın vaxtlarda xəstəliyə qalib gəlməkdə kömək edəcəyinə əminliyini ifadə edib.
“Səmimi qəlbdən sizə tamamilə sağalmağı və uzun ömür, can sağlığı arzu edirəm”, – deyə Putin bildirib(virtualaz.org)
Short URL: http://www.cumhuriyyet.net/?p=148545