Onlarla jurnalistin həbsində, işgəncələrdə əli olan hakim Qulamrzanın müəmmalı ölümü

22.06.2020 - 00:45

Öz ölkəsində korrupsiya ittihamı ilə bağlı axtarışda olan keçmiş iranlı hakim Rumıniyanın paytaxtındakı otellərdən birində ölü tapılıb. Buxarest polisi bildirir ki, 52 yaşlı iranlı iyunun 19-da, belə görünür ki, otağının pəncərisindən yerə düşərək ölüb.

Rumıniya müstəntiqləri deyiblər ki, “ədliyyənin nəzarəti altında olan xarici vətəndaş başqa bir ölkədə törətdiyi iddia edilən cinayətə görə axtarışda idi”. Yerli mənbələr söhbətin Qulamrza Manuridən getdiyini AzadlıqRadiosuna təsdiq ediblər.

O İranda ötən il 500 min avro rüşvət almaqda ittiham edildikdən sonra xaricə qaçmışdı. Ötən həftə internetə yüklədiyi videoda Mansuri  özünə qarşı ittihamları rədd edir, İranı müalicə olunmaq üçün tərk etdiyini və İran ədliyyəsinə inandığını, koronavirus epidemiyası bitən kimi vətənə qayıdacağını bildirirdi. O,  həmin videoda harada olduğunu deməmişdi.

Bu arada insan haqları qrupları və media azadlığı gözətçiləri Mansurinin Almaniyada olduğunu deyirdilər. Onlar Mansurinin İranda jurnalistlərin kütləvi həbsləri üçün məsuliyyət daşıdığını iddia edir və Almaniyadan keçmiş hakimin mühakimə olunmasını istəyirdilər.

Parisdə mənzillənmiş “Sərhədsiz Reportyorlar” Almaniyanın baş prokuroruna rəsmi şikayət təqdim etmişdi. Bu şikayətdə Mansuri 2013-cü ildə azı 20 jurnalistin “həbsində və onlara işgəncə verilməsində” ittiham olunurdu.Londonda mənzillənmiş insan haqları qrupları isə Mansurinn Almaniyada mühakomə edilməsi üçün informasiya toplayırdılar.

Londondakı “İran üçün Ədalət” qrupu bildirirdi ki, “əhəmiyyətli sayda” jurnalist onların həbsi üçün Mansurinin məsuliyyət daşıdığına dair ifadə veriblər. Sözü gedən jurnalistlərin Tehrandakı Evin həbsxanasının təkadamlıq kameralarında aylarla dindirildiyi iddia olunurdu.

“Sərhədsiz Reportyorlar” təşkilatı Mansurinin Almaniyadan Rumıniyaya keçdiyini öyrəndikdən sonra rəsmən bu ölkənin də hakimiyyət orqanlarına müraciət etmişdi. Mansuri iyunun 12-də Interpolun orderi ilə Rumıniya polisi tərəfindən elə ölkəyə daxil olarkən saxlanmış, lakin daha sonra sərbəst buraxılsa da, ədliyyə nəzarəti altında qalmışdı.

Rumıniya hakimiyyət orqanları Tehrandan ekstradisiya üçün rəsmi müraciət verilməsini istəmişdi. Lakin müraciətlə ybnaşı Mansuriyə qarşı ittihamın detalları da tələb olunmuşdu. Buxarestin Apellyasiya Məhkəməsi bu işə iyulun 10-da baxmalıydı.

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=148588

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930