ÜST rəhbəri: Koronavirus böhranının təsirləri illərlə davam edə bilər
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus böhranının təsirlərinin onilliklər boyu davam edəcəyindən narahatdır. Hazırda pandemiyanın yayılmasının sürətlənməsi isə narahatlığı daha da gücləndirir.
Virtualaz.org bildirir ki, bunu ÜST-nin baş direktoru Tedros Qerbeyesus iyunun 22-də keçirilən onlayn konfransda deyib. O bildirib ki, ən böyük təhlükə virusun özü deyil, daha çox qlobal həmrəylik və qlobal liderliyin yetərincə olmamasıdır. Çünki virusa qarşı hamının təhlükəsizliyi təmin olunmayınca, heç kim təhlükəsiz vəziyyətdə olmayacaq. Pandemiya səhiyyə böhranı məcrasından çoxdan çıxıb və dünyanın əksər ölkələrində iqtisadi və sosial, hətta bəzi ölkələrdə siyasi böhrana çevrilib.
Onun fikrincə, bu baxımdan pandemiyanın təsirləri qarşıdakı onilliklərdə də hiss ediləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=148662