“UHAN-400 – MÜKƏMMƏL SİLAH…” – Amerikalı yazıçı hələ 1981-ci ildə Uhandakı laboratoriyalarla bağlı nə yazıb?
Hazırda bəşəriyyətin başı nə qədərkoronavirusla mübarizəyə, bu bəlanın əlacının tapılmasına qarışsa da, onun mənşəyi və yaranma səbəbləri barədə müzakirələr, iddialar və ehtimallar da bitib tükənmir. İndiyə kimi belə bir virusun yaranacağını öncədən xəbər verən və bunu öz fantastik əsərlərində qələmə alan yazıçılar, eləcə də ayrı-ayrı mütəxəssislər və hətta araşdırmaçı jurnalistlər barədə məlumatlara rast gəlinib.
Lakin son zamanlar sosial şəbəkəlrdə və Qərbdəki bir çox ciddi mətbu orqanlarda bu mövzu ilə bağlı ən çox bəhs edilən əsərlərdən biri hələ 1981-ci ildə tanınmış amerikalı yazıçı Din Kuntsun yazdığı “Zülmətin gözləri” romanıdır. Yazıçı həmin əsərdə hərbi laboratoriyada hazırlanan virusun ayrı-ayrı şəhərlərin, hətta ölkələrin əhalisini qırmaq imkanından bəhs edilir. Ən maraqlısı odur ki, yazıçı əsərində bu virusu “Uhan-400” adlanırıb. Bəli, özü də bu zaman məhz Çinin Uhan şəhərini və oradakı laboratoriyaları nəzərdə tutub.
Yazıçının bioloji silah kimi təqdim etdiyi “Uhan-400”-ün hazırda bütün dünyanın qarşısında aciz qaldığı kporonavirusa bənzərliyi kifayət qədər çoxdur. Əsərdə bir qadının azyaşlı oğlunun təsadüfən hərbi laboratoriyada hazırlanan mikroorqanizmə yoluxması və buna görə də oğurlanaraq, hərbi zavodda gizlədilməsindən, buradakı insanlar üzərində aparılan tədqiqatlardan bəhs edilir. Romandakı laboratoriya isə Çində – artıq bütün dünyanın tanıdığı və az qala lənətlədiyi Uhan şəhərində yerləşir…

“Zülmətin gözləri” romanında həmçinin Li Çen adlı çinli alimin Uhanda hazırlanan bioloji sialhla bağlı məlumatların yer aldığı disketi götürərək, ABŞ-a qaçmasından söz açılır. Əsərdə “Uhan-400” adı qoyulan bu silah Çinin hazırladığı ən təhlükəli bioloji silah kimi təqdim olunur. Qeyd edilir ki, bu silah mükəmməldir. Onun həm hazırlanması, həm də sonradan dezaktivasiyası olduqca ucuz başa gəlir.
Əvəzində, onun məhv etdiyi insanların yaşadıqları ərazilər “güclü insanlar” tərəfindən zəbt olunur: ““Uhan-400”- mükəmməl silah! O, yalnız insanlara təsir göstərir. Heç bir başqa canlı onun daşıyıcısı ola bilməz. “Uhan-400” onun daşıyıcısından kənarda 1 dəqiqədən artıq yaşaya bilmir. Daşıyıcı öləndən və bədəndəki temperatur 30 dərəcədən aşağı enəndən sonra isə o, özü-özünə yox olur…”
Short URL: http://www.cumhuriyyet.net/?p=148679