Avropada “koronavirus karantini” bərpa edilir – İKİNCİ DALĞA?

23.06.2020 - 12:12

Avropanın bir sıra bölgələrində koronavirus pandemiyasının ikinci dalğası ilə əlaqədar karantin tədbirləri bərpa edilir.

Məsələn, İspaniyanın Araqon vilayətində məhdudiyyətlər aradan qaldırıldıqdan qısa müddət sonra təkrar tətbiq olunub.

Mütəxəssislər hesab edirlər ki, infeksiya meyvə-tərəvəz yığımında iştirak edən mövsümi işçilər arasında yayılmağa başlayıb.

Bundan başqa, paytaxt Madrid və Barselonada infeksiya ocaqları aşkar edilib.

Qonşu Portuqaliyada da hökumət profikatika tədbirləri qismində komendant saatı tətbiq edib. Məhdudiyyət hələlik paytaxt Lissabon və ətraf ərazilərə şamil edilir. Bu müddət ərzində restoran, bar, kafe və mağazaların işi məhdudlaşdırılır.

Trend xatırladır ki, Portuqaliyada son bir ay ərzində koronavirusa yoluxanların sayı 9 min nəfəri keçib. Ümumilikdə ölkədə bu günədək 40 minədək yoluxma, 1,5 min ölüm qeydə alınıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=148683

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728