Koronavirusa yoluxanların sayı 9,3 milyonu keçdi
Dünyada koronavirusa yoluxma sayı sutkada 13,9 mindən çox artaraq 9,3 milyonu keçib.
Virtualaz.org bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
O da bildirilir ki, ölənlərin də sayı 4 min nəfərə yaxin artaraq 469 mini ötüb.
Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb. İkinci yerdə Avropa regionu qərarlaşıb. Üçüncü yeri isə Qərbi-Sakit okean regionu tutur.
Qeyd edək ki, ÜST-nin hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
***01:00
Dünyada koronavirusa yoluxanların ümumi sayı 9 milyon nəfərə yaxınlaşır.
Virtualaz.org bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
ÜST-ün məlumatına görə, son bir gündə dünyada COVID-19-a 133 mindən çox yoluxma aşkar edilib.
Təşkilat qeyd edib ki, ötən sitkada təhlükəli infeksiyadan daha 3 847 ölüm qeydə alınıb. Koronavirusdan ölən pasiyentlərin ümumi sayı 469 587 təşkil edir.
Rəsmi statistikaya əsasən pandemiya ərzində dünyada COVID-19-a yoluxanların sayı 8 993 659 nəfərdir.
Short URL: http://www.cumhuriyyet.net/?p=148744