Tramp ABŞ-da koronavirus vaksininin hazır olacağı vaxtı açıqladı

26.06.2020 - 11:37

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlarda koronavirus vaksininin cari ilin sonuna kimi hazırlanacağını nəzərdə tutur.

“Report” xəbər verir ki, bu barədə o, seçicilərlə “Fox News” telekanalı tərəfindən təşkil edilmiş görüşdə bildirib.

Prezidentdən ABŞ-da COVID-19 vaksininin hazırlanmasının hansı mərhələdə olduğu soruşulub. “Mən düşünürəm ki, bizdə bu məsələyə cavab çox sürətli olacaq. Düşünürəm ki, bu, hətta cari ilin başa çatmasına qədər olacaq”, – dövlət başçısı cavab verib.

ABŞ-ın federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin məlumatına görə, Birləşmiş Ştatlarda koronavirusa demək olar, 2,4 milyon yoluxma qeydə alınıb, təhlükəli infeksiyadan 122,1 mindən çox insan ölüb.

ABŞ dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=148790

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728